Seçkilərdən öncə dəqiq sorğuları ilə tanınan The Des Moines Register nəşrinə istinadən Virtualaz.org saytı xəbər verir ki, sabah praymerizin başlayacağı Ayova ştatında seçicilərin 45 faizi demokratların arasından namizəd Hillari Klintona səs verməyə hazırdırlar. Keçmiş prezident Bill Klintonun həyat yoldaşından azca fərqlə geridə qalan demokrat Berni Sandersi 42 faiz seçici dəstəkləyir. Demokrat partiyasının namizədləri arasında fərqin çox azalması diqqət çəkir.
Respublikaçılar arasında isə lider Donald Trampdır. Seçicilərdən 28 faizi ona səs verməyə hazırdır. 23 faiz səslə Ted Kruz, 15 faiz səslə Marko Rubio Trampı izləyirlər.
Hal-hazırda prezident olmağa namizədlər arasında 12 respublikaçı və 3 demokrat var.
Fevralın 1-də seçkilərin praymeriz dövrü başlayır. Bunların nəticəsində hər bir partiya prezidentliyə namizədini irəli sürəcək.
Seçkilər noyabr ayına nəzərdə tutulub.