Vaxt.Az

Siqareti tərgitməyin təbii üsulu


 

Bu qidalar alışqanlığı aradan qaldırmaq üçün idealdır

Siqareti tərgitməyin təbii üsulu Hal-hazırda siqaret vərdişi bütün dünyada getdikcə azalır. Uzun müddət aludə olanlar, «daha siqareti də buraxıram» deməyə başlayıb. Kimi bu çətin etirazı uğurla yekunlaşdırır, kimisi yarı yolda qalır. Siqareti atma müddətində, hər kəsin orqanizminə müxtəlif cür təsir göstərən faktorlara görə psixoloji ya da tibbi dəstəyə ehtiyac yarana bilər. Mütəxəssislər bunlarla bərabər, düzgün qidalanmağın da siqareti atmağa yardım etdiyini bildirir. Siqaret tərgitməkdə yardımçı olan qida və meyvələr aşağıdakılardır.

C vitamini orqanizmin siqaretə olan aludəçiliyini azaldır. Buna görə də, portağal, naringi və qreypfrut antioksidan təsir göstərir. Həmçinin pomidorun tərkibindəki likopen də antioksidan təsir yaradır.

E vitamini sayəsində ağciyərləriniz təmizlənir, qandakı nikotinin nisbətini azaldır. Yarma, yulaf, mərcimək kimi tam dənli bitkilər bu vasitədə əvəzolunmazdır. Kalium və B vitamini nikotin asılılığını azaltmağa dəstək olur. Bunun üçün mütəmadi olaraq banan yemək lazımdır.

Stress azaltmada unikal təsir edən qida süddür. Süd məhsulları və təbii yoqurtlardan istifadə siqaret çəkməyə səbəb olan stressi azaldır.

 





02.02.2016    çap et  çap et