Azərbaycan və Türkiyə Gürcüstanın strateji tərəfdaşlarıdır. Trend-in «Sputnik Gürcüstan»a istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli İrəvanda brifinqdə deyib.O bildirib: «Türkiyə qonşu ölkəmizdir və NATO-nun üzvüdür və bu aramızda münasibətləri daha da dərinləşdirir və möhkəmləndirir. Gürcüstan ölkəni dəstəkləyən və kömək edən hər kəsə minnətdardır».
çap et