2015-ci il ərzində Ermənistana 2 milyon 710 min adam gəlib, 2 milyon 753 min adam isə ölkədən çıxıb.Bu haqda Ermənistan Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan bildirib. Beləliklə, bir il ərzində ölkəni həmişəlik tərk edənlərin sayı 43 min nəfərə yaxın olub. «Bu göstərici 2014-cü ilə nisbətən 1800 nəfər çoxdur» - Yeqanyan deyib.
Statistikaya görə Ermənistandan miqrasiya ötən ilin yaz-yay aylarında sürətlənib, payıza doğru temp bir qədər aşağı düşüb. Lakin ölkədən gedənlərlə ölkəyə gələnlərin sayı arasında fərq ildən-ilə artmaqdadır.
çap et