Azərbaycan ordusu Ağdərə rayonunun ən böyük kəndlərindən olan Talışı ələ keçirib və strateji əhəmiyyətli Keçəltəpə yüksəkliyinə yaxınlaşıb. Keçəltəpəni ələ keçirəcəyi təqdirdə, Azərbaycan ordusu Sərsəng su anbarına çıxır.
Qeyd edək ki, bu gün Ağdərə ilə qonşu olan Goranboy rayonunda yüksək vətənpərvərlik əhval-ruhiyyəsi nəzərə çarpır. Yüzlərlə insan, o cümlədən Ağdərənin azad olunmasında iştirak etmiş birinci Qarabağ müharibəsinin veteranları Azərbaycan ordusunun sıralarına qatılmaq və Ağdərə rayonunun azad olunmasında iştirak etmək istədiklərini bildiriblər.