Bu fikirləri virtualaz.org-a məşhur bəstəkar Cavanşir Quliyev bildirib.
O həmçinin bildirib ki, Boka heç vaxt muğam ifa etməyib, çünki o, oxuya bilmirdi: «Boka heç vaxt Azərbaycanda görkəmli müğənni hesab edilməyib. Xalq onu tanımırdı, o sadəcə erməni toylarında adi toy musiqiçisi idi. Boka muğam haqqında düşünməyə belə cürət etməzdi, çünki muğam inanılmaz dərəcədə mürəkkəb və çoxpilləli musiqi sənətidir. Dolina isə muğam haqqında, ümumiyyətlə, heç nə anlamır».
C. Quliyev həmçinin qeyd edib ki, erməni dilində muğam ifa etmək mümkün deyil: «Muğamı bilmək üçün həm də İslam dinindən xəbərdar olmaq lazımdır, ermənilər isə xristiandırlar. İndiyə kimi muğam oxuyan heç bir erməni musiqiçisi görməmişəm. Bu ən yaxşı halda Azərbaycan nümunəsinin surəti ola bilər. Və ermənilər özləri də bunu əla bilirlər».
Xatırladaq ki, Rusiyanın «Rossiya 1» telekanalında yayımlanan «Odin v odin» proqramında Azərbaycan muğamı erməni musiqisi kimi təqdim olunub. Şouda münsiflər heyətində əyləşən və əslən Bakıdan olan müğənni Larisa Dolina iştirakçılardan biri, özünü Bokaya (o da əslən Bakı ermənisidir) oxşadan Aleksey Çumakovun ifasına münasibət bildirərəkən muğamın ən yaxşı ifaçılarının ermənilər olduğunu iddia edib.
«Muğam ifa etmək inanılmaz dərəcədə çətindir. Çox nadir insanlar bunu bacarır. Çoxları öyrənir, amma yenə də onlarda alınmır. Bu, səndə necə alınır?.. Məsələ tembrdə deyil, ifadadır. Yalnız ermənilər bacarır. Azərbaycanlılar da muğamı çox yaxşı oxuyur», - deyə Larisa Dolina bildirib.