Vaxt.Az

Elmar Məmmədyarov Türkiyəyə getdi


 

İƏT-in zirvə görüşü başlayır

Elmar Məmmədyarov Türkiyəyə getdi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə yola düşüb.

XİN-in mətbuat xidməti xəbər verir ki, E.Məmmədyarov 12-13 aprel 2016-cı il tarixində İstanbul şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İƏT-in “Ədalət və sülh naminə birlik və həmrəylik” mövzusunda 13-cü Zirvə toplantısına hazırlıq iclasında iştirak edəcək.

İclas çərçivəsində E.Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

 





11.04.2016    çap et  çap et