Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi barədə məsələ daxil edilib. Virtualaz.org bildirir ki, bu barədə AŞ PA-nın mətbuat xidməti məlumat yayıb.Məlumata görə, AŞ PA-nın yaz sessiyasının ilk günü - aprelin 18-də «Dağlıq Qarabağ münaqişəsinin son və faciəvi gərginləşməsi» mövzusu üzrə müzakirə planlaşdırılır.
Gündəlikdə, həmçinin qadınların siyasi təqdimatının yaxşılaşdırılması üsulları, uşaqların marginallaşdırlması ilə mübarizə, Ukraynada müharibə zamanı əsirlərin humanitar məsələləri, Avropada antisemitizm ilə mübarizə məsələləri də yer alır.
çap et