Ermənistanın köhnə prezidenti Robert Köçəyan indiki dövlət başçısı Serj Sərkisyanla görüşməyə hazırlaşmır. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, «hazırkı prezidentlə birinci ilk dövlət başçısı Levon Ter-Petrosyan kimi görüşməyi planlaşdırırsınızmı» sualına cavabında Köçəryan deyib: «Mən belə görüş planlaşdırmıram».
Onun fikrincə, indi daha vacibi yubanmadan ordunu müasir silahla təmin etmək, şəxsi heyətin hərbi və strateji hazırlığını tezliklə özünə qaytarmaqdır.
Aprelin 9-da Levon Ter-Petrosyanın təşəbbüsü ilə Serj Sərkisyan onun evinə gedərək görüşüb.
çap et