Rusiya S-300 havadan müdafiə sistemlərinin bir hissəsini İrana çatdırıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Cabir Ənsari aprelin 11-də məlumat verib.Qeyd edək ki, Rusiya 2010-cu ildə Qərb ölkələrinin təzyiqi ilə S-300 sistemləri barədə müqaviləni ləğv etmişdi. Lakin İran dünya dövlətləri ilə nüvə sazişi imzalayandan sonra Rusiya prezidenti Vladimir Putin bu məhdudiyyəti qaldırdı. İsrail isə qətiyyətlə bu sistemin İrana verilməsinə qarşı çıxır.
çap et