Bu haqda təşkilatın yaydığı bəyanatda deyilir.
Bundan əvvəl təmas xəttində cəsədlərin dəyişdirilməsi başa çatandan sonra Ermənistan Müdafiə Nazirliyi elan etdi ki, itkin düşmüş hesab edilən hərbçilərin 1-i istisna olmaqla qalanların taleyinə aydınlıq gətirilib. Lakin Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi itkin düşmüş hərbçilərin ailələrindən, sosial şəbəkələrdən və KİV-lərdən, habelə rəsmi qaynaqlardan topladığı məlumatlar əsasında 16 hərbçinin taleyindən hələ də xəbər olmadığını bildirir.
Təşkilat bəyan edir ki, aprelin 2-də başlayan döyüşlərdə itkin düşmüş hərbçilərin, habelə əsir götürüldüyü təxmin edilən şəxslərin taleyini aydınlaşdırmaq üçün informasiyaların cəmləşdirilməsini davam etdirir. Bəyanatda deyilir ki, hazırda bir çox hərbçilərin ailələri onların taleyindən xəbərsizdir və təşkilat 16 hərbçidən xəbər ala bilmək üçün Azərbaycan Müdafiə Nazirliyinə sorğu göndərib.