Vaxt.Az

Beş ayın rekordu


 

Neft günbəgün bahalaşır

Beş ayın rekordu Brent markalı neft dekabr ayının 4-dən bəri ən yüksək qiymətə satılır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün günorta saatlarında London birjasında neftin 1 bareli 1,5 faiz bahalaşaraq 43,51 dollara, Nyu-York birjasında isə WTI markalı neft 0,4 faiz bahalaşaraq 40,52 dollara çatıb.  

Neftin bahalaşması aprelin 17-də Qətərin paytaxtı Dohada planlaşdırılan neft hasilatçısı ölkələrin görüşü ilə bağlı olaraq yüksəlib.  

Həmin görüşdə 13 ölkə - Azərbaycan, Əlcəzair, Bəhreyn, Venesuela, İndoneziya, Qətər, Küveyt, Nigeriya, BƏƏ, Oman, Rusiya, Səudiyyə Ərəbistanı və Ekvador iştirak edəcək.

 





12.04.2016    çap et  çap et