Prokurorun fikrincə, Ayrapetyanın təqsiri şahidlərin, zərərçəkənlərin ifadələri və vəkili Sergey Antonovla telefon danışıqlarında sübut olunub. Bununla belə, erməni əslli iş adamının vəkili hesab edir ki, ona qarşı cinayət işi sifariş xarakterlidir.
Ayrapetyan «Başneft»in səhmlərinin satılması işi üzrə israfçılıq və pul vəsaitlərinin yuyulmasında ittiham olunur. O 2014-cü il iyunun 14-də «Domodedovo» hava limanında Nitsadan gələrkən saxlanılıb.