Vaxt.Az

NATO, yoxsa Rusiyaya?


 

Gürcüstan kimə ümid edir?

NATO, yoxsa Rusiyaya? Gürcüstanda ABŞ-ın Milli-Demokratik İnstitutu (MDİ) tərəfindən keçirilmiş sorğunun nəticələri birmənalı olmayıb. Bunu virtualaz.org-un Gürcüstandakı xüsusi müxbiri xəbər verib.

Məlum olub ki, sorğuda iştirak edənlərin dörddə birindən də az hissəsi Gürcüstanın gələcəyini NATO ilə bağladıqlarını bildiriblər. 13 faiz rəyi soruşulanlar isə əmindirlər ki, təhlükəsizlik məsələlərində Rusiyaya bel bağlamaq daha etibarlıdır.

Sorğuda iştirak etmiş 4000 nəfərin 77 faizi Gürcüstanın Avropa İttifaqına daxil olmasının tərəfdarıdır. 20 faiz isə ölkəni Avrasiya İttifaqında görmək istədiyini bildirib.

«Gürcüstanda hazırda iqtisadi vəziyyət necədir?» sualına cəmi 1 faiz iştirakçı «çox yaxşı» cavabını verib. Sorğuda iştirak edənlərin, demək olar ki, yarısının fikrincə, vəziyyət bundan da pis ola bilməzdi.

Əksəriyyət düşünür ki. ölkə hökumətinin xarici siyasəti qərbyönümlü olmalıdır. 16 faiz isə Rusiya istiqamətini daha üstün tutur.

 





12.04.2016    çap et  çap et