Modern.az saytı xəbər verir ki, sərəncama əsasən, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə Məleykə Abbaszadə təyin olunub.
Qeyd edək ki, M.Abbaszadə ləğv
edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olub.
Prezident İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin
yaradılması haqqında fərman imzalayıb.
Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.