Vaxt.Az

4 il 6 ay


 

Məhkəmə baş redaktora hökm oxudu

4 il 6 ay Bu gün Yasamal Rayon Məhkəməsində «Gündəm xəbər» qəzetinin təsisçisi Şirin Cəfərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmü ilə Ş.Cəfəri 4 il 6 ay şərti azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ş.Cəfəri Cinayət Məcəlləsinin (CM) 306.2-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə, eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.

O, 2013-cü ilin mayında Kəpəz Rayon Məhkəməsinin hökmü ilə 3 il şərti azadlıqdan məhrum edilib. Ş.Cəfəri CM-nin 213.2.2 (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Həmin vaxt məhkəmə həmçinin Vergilər Nazirliyinin ona qarşı mülki iddiasını təmin edərək, 71 min 478 manat ödəməsi barədə qərar çıxarıb. Ş.Cəfəri hökmdən verilən apellyasiya şikayətinə baxılana qədər 540 manat ödəyib. O, qalan məbləği ödəmədiyinə görə ötən ilin mart ayının 5-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Ş.Cəfəri barəsində CM-nin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb. O, bu ilin fevral ayında isə 500 manat cərimələnib.

 





12.04.2016    çap et  çap et