Xatırladırıq ki, Türkiyə və İsrail heyətləri arasındakı son danışıqlar keçən həftə Britaniyanın paytaxtı Londonda baş tutmuşdu. Toplantıda Türkiyənin şərtləri İsrail tərəfindən qəbul edilib. Birinci şərt «Mavi Mərmərə» gəmisinə İsrailin hücumuna görə Tel-Əvivin üzr istəməsi, ikinci şərt gəmidə öldürülənlərin ailələrinə təzminat ödənməsi, üçüncü şərt isə Qəzza bölməsinə tətbiq edilən İsrail embarqosunun qaldırılması idi.
İsrail şərtlərin hamısını qəbul edib.