Bakı İdman Sarayında keçirilən oyunu avstriyalı Cerald Baurnfeind idarə edib. Tino Peresin komandasında meydana Hüseynli (qapıçı), Eduardo, Augusto, Amadeu, Rafael çıxıblar.
Rəqib Hollandiyadan isə start heyətdə van Maasbommel (qapıçı), El Qannouti, Ceyar, El Morabiti, Darri yer alıblar.
Səfərdə 5:1 hesabı ilə qələbə qazanan futzalçılarımız doğma meydanda da məğlub olmayıb. Hollandiya yığmasına qarşı cavab görüşündə də əzmkar mübarizə aparan millimiz 4:4 hesabı ilə heç-heçə edib. Komandamız iki oyunun nəticəsinə görə Kolumbiyada keçiriləcək mundiala tarixində ilk dəfə vəsiqə qazanıb.