Axar.az Türkiyənin «Hürriyyət» qəzetinə istinadən xəbər verir ki, bu sözləri amerikalı tarixçi Castin Makkarti İngiltərənin paytaxtı Londonda təşkil olunan «Birinci Dünya müharibəsində nə oldu?» adlı konfransda danışarkən deyib. Makkarti ermənilərin Vanda müsəlmanları qırması haqda da danışıb:
«Osmanlının Van vilayətini ələ keçirən ermənilər həmin bölgədəki bütün müsəlmanları öldürdülər. O dönəm Vanın cəmi 17 faizi ermənilərdən ibarət idi. Bu da ermənilərə planlarını həyata keçirməyə imkan vermirdi. Buna görə də onlar bölgədəki müsəlmanları öldürməyə başladılar. Ermənilər həmçinin Osmanlının 6 vilayətini işğal edib, oranı öz qədim torpaqları elan etdilər».
Makkarti bundan başqa, Birinci və İkinci Dünya müharibələrinə aid bir çox məxfi məlumatların, sənədlərin İngiltərə arxivlərində saxlanıldığını bildirib.