Vaxt.Az

«Bu yaxşı göstərici deyil»


 

«Qız uşaqları ana bətnindəcə məhv edilir»

«Bu yaxşı göstərici deyil» «Bizdə qızlara qarşı hələ də ayrı-seçkilik halları var. Bunu qəbul etməyənlər olsa da, bu fakt mövcuddur».

Modern.az xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Milli Məclisdə təşkil olunmuş «Ailə institutunun formalaşmasında adət-ənənələrimiz» adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, elə ailə-məişət zorakılıqlarının kökündə də  ilk məsələlərdən biri kimi qız uşaqlarına münasibət dayanır:

«Bu gün tibb aləmində texnologiyanın inkişaf etməsi nəticəsində ana bətnində dölün, cinsin müəyyənləşdirilməsi mümkün olur.

Kimin bir qızı varsa və kimsə qız övladının olmasını istəmirsə, ananı aborta məcbur edir, qız uşaqları elə ana bətnindəcə məhv edilir. Bunun özü də qadınlara qarşı zorakılıqların bir əlamətidir.

Qız uşaqlarının ana bətnində məhv edilməsi həm də  ölkədə demoqrafik duruma çox ciddi və mənfi təsirini göstərir. Artıq oğlanlarla qızların arasında nisbət faizi xeyli yüksəkdir.

«Yəni, bu gün yeni doğulan körpələrin 56 faizi oğlanlar, 44 faizi isə qızlardır. Bu, heç də yaxşı göstərici və hal deyil» - deyə Elmira Süleymanova bildirib.

 





13.04.2016    çap et  çap et