Son 7-8 ildə qlobal iqlim istiləşmələri səbəbindən Azərbaycanda hər il quraqlığın müşahidə olunduğunu deyən M.Həsənovun sözlərinə görə, ölkədə quraqlıq adətən iyulun sonuncu ongünlüyündən avqustun I ongünlüyünədək olan müddətdə müşahidə edilir.
M.Həsənov bildirib ki, ötən il iyulun 20-dən avqustun 25-dək ölkədə quraqlıq müşahidə edilmişdi. Bu il quraqlığın müşahidə ediləcəyi gözlənilsə də, onun intensivliyi ötən ilki kimi olmayacaq.
Alim qeyd edib ki, bu il quraqlığın iyulun 20-dək avqustun 5-dək olan müddətdə olacağı gözlənilir. Quraqlıq Kür-Araz ovalığında - Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Kürdəmir, İmişli, Neftçala rayonlarında, Qobustanda və Abşeron yarımadasında müşahidə ediləcək.
Bu il yayda Azərbaycanda havanın temperaturunun ötən illərlə müqayisədə 1-2 dərəcə yüksək olacağını deyən M.Həsənov əlavə edib ki, cari il quraqlığın müşahidə olunması bitkilərin inkişaf fazasını ləngidəcək, əsasən pambığın, bostan bitkilərinin məhsuldarlığını azalacaq.