Agentliyin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, ümumilikdə 7-13 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 176 ev və həyətyanı sahəyə, 4 ferma və 1 əkin sahəsinə baxış keçirilib, 45 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.
Tərtər rayonu
Qapanlı kəndi – Gün ərzində Qapanlı kəndində 2 ev və həyətyani sahələrdə 9 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.
Əskipara kəndi – 4 ferma və 10 partlayış yerinə baxış keçirilib, 1 əkin sahəsində 30 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar olunaraq, götürülüb.
Ağdam rayonu
Əfətli kəndı – 4 həyətyanı sahəyə baxış keçirilib, 3 ədəd torpaq altında partlamış qrad raketinin qalıqları çıxarılıb.
Goranboy rayonu
Tapqaraqoyunli kəndində - 12 ev və həyətyanı sahələrdə 14 partlayış yerinə baxış keçirilib, 13 ədəd partlamış və 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunaraq götürülüb.
Füzuli rayonu
Mizənağılı kəndində - 2 ev və həyətyanı sahələrdə 2 partlayış yerinə, Qazaxlar kəndində - 1 ev və həyətyanı sahələrdə 1 partlayış yerinə, Əhmədalılar kəndində - 2 ev və həyətyanı sahələrdə 2 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamış sursatların qəlpələri və qalıqları götürülüb.