RİA Novosti-də yer alan xəbərə görə, Novak, dünən Qətərin paytaxtı Dohada keçirilən neft toplantısından bir razılaşma çıxmamasının səbəbi olaraq, Səudiyyə Ərəbistanı və bəzi Körfəz ölkələrinin son dəqiqədə mövqelərini dəyişmələrini göstərib.
Novak, toplantı ərəfəsində bir çox ölkənin istehsalı dondurmağa dair bir
razılaşma məsələsində istəkli olduğunu bildirərək, «Ancaq son dəqiqədə Səudiyyə
Ərəbistanı və bəzi Körfəz ölkələrinin fikri dəyişdi. Bu vəziyyət neft bazarına
mənfi təsir edə bilər» deyib.
Brent neftin barrelinin qiyməti, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) Qətərin
paytaxtı Dohada keçirdiyi iclasda, neft hasilatına məhdudiyyət tətbiq edilməsinə
qərar verməməsinin ardından kəskin aşağı düşüb. Brent neftin barrelinin
qiyməti, 5 faiz aşağı düşərək 41 dollar səviyyəsinə qədər geriləyib.