Bunu açıqlamasında yazıçı Kənan Hacı bildirib.
Kənan Hacı deyib ki, mən Ramiz Rövşəni Azərbaycanın ən böyük şairlərindən, ziyalılarından biri sayıram: «Onun dürüstlüyü, təmizliyi, halallığı ondan sonra gələn bütün ədəbi nəsillər, o cümlədən bizim nəsil üçün bir nümunədir. Ölkəmizin, xalqımızın ən böyük ziyalılarından birinə bu cür çirkin böhtan atmağı mən heç vaxt özümə yaraşdırmaram. Mən o əxlaqın, tərbiyənin yiyəsi deyiləm».
Xatırladaq ki, şair Yafəs Türksəs saytlardan birinə verdiyi müsahibədə Kənan Hacının adından bunları bildirib: «O gün Kənan Hacı mənə deyir ki, adını çəkmək istəmədiyim məmurlardan biri Ramiz Rövşənə beş min pul verdi».