Vaxt.Az

Müşavir sayı 8-ə endi


 

Fazil Məmmədov Nəcməddin Sadıkovun oğlunu ixtisara saldı

Müşavir sayı 8-ə endi Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. Vaxt.az saytı «Report»a istinadən xəbər verir ki, vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 8-ə endirib.

Məlumata görə, nazir müşaviri Məhəmməd Nəcməddin oğlu Sadıqovu vəzifəsindən azad edib. Bununla da vergilər nazirinin müşavirlərinin sayı 9-dan 8-ə enib. Hazırda vergilər nazirinin müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov və Rəşad Həbibovdur.

Məsələyə münasibət bildirən Vergilər Nazirliyindən verilən açıqlamada «Məhəmməd Sadıqov artıq Nazirliyin əməkdaşı deyil» deyə bildirilib.

Xatırladaq ki, Məhəmməd Sadıkov Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıqovun oğludur.

 





06.09.2016    çap et  çap et