Vaxt.Az

Fərid Mansurova yeni vəzifə


 

Olimpiya çempionu şöbə müdiri oldu

Fərid Mansurova yeni vəzifə Olimpiya çempionu Fərid Mansurov yeni vəzifəyə təyinat alıb. Modern.az saytı xəbər verir ki, o, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri təyin edilib.

Məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova təsdiqləyib.

Qeyd edək ki, sözügedən söbənin əvvəlki rəhbəri Mirkamil Rəhimov olub. Onun vəfatından sonra bu vəzifə boş qalmışdı.

Fərid Mansurov Afina Yay Olimpiadasında güləş üzrə qızıl medal qazanmışdı. O, hazırda həm də Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti postunu tutur.

 





06.09.2016    çap et  çap et