Qeyd edək ki, keçmiş deputat bir müddət öncə məhkəmə vasitəsilə ölkədən xaricə çıxmaq icazəsi alıb.
Belə ki, bu il iyulun 12-də Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın Azərbaycandan kənara çıxmasına qoyulmuş qadağanın götürülməsi barədə vəsatətə baxılıb və ona üç ay müddətinə Azərbaycan hüdudlarından kənara çıxmasına icazə verilib.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolardan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apelyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və azadlığa buraxılıb.