Məlumata görə, 2015-ci ildə hərbi xidmətə çağırılan Araik Ordubekyan bu ilin aprelində baş vermiş dördgünlük müharibədə atası Samvel Ordubekyanla birgə Azərbaycan Ordusuna qarşı vuruşub. Ata-oğul hələ bir əvvəl Qarabağa yollanıblarmış...
Yeri gəlmişkən, erməni əsgərin öldükdən 4 gün sonra torpağa tapşırılması Ermənistan cəmiyyətində müxtəlif suallar doğurub. Yerevanda əsgərin Qarabağdakı işğalçı orduda hökm sürən hərc-mərcliyin qurbanı olduğu qənaətindədirlər.
Məsələ burasındadır ki, onun haqqında son iki gün ərzində bir-birini təkzib edən məlumatlar yayılmışdı.
İlk olaraq erməni əsgərin ölümündə Azərbaycan tərəfi günahlandırılırdı. Hadisədən bir gün sonra isə Qarabağdakı separatçı rejim həmin əsgərin Azərbaycan tərəfindən öldürülmədiyini və baş verən hadisə ilə bağlı araşdırma aparılacağını bəyan etdi. Lakin bunun ardınca Araik Ordubekyanın hərbi tapşırığı yerinə yetirərkən həlak olduğu bildirildi.