Konfransa dəvət edilmiş digər spikerlər - İspaniya Anti-Age Tibbi Assosiyasinin – SEMAL-ın prezidenti Dr.Xose Serres, JBP-V-LİFT Pro şirkətinin elmi rəhbəri Dr.İsidro Rebelo, JBP Avropa ofisinin başçısı və beynəlxalq spikeri Dr.Vicenta Llorca müasir kosmetik tibbdə istifadə edilən nanotexnologiya əsaslı dolğulardan, bədənin müxtəlif hissələrinə tətbiq edilən dolğuların fərqlərindən danışıblar. Dünyada ilk və yeganə nanotexnologiya əsaslı dolğu olan Yaponiya istehsallı JBP-nanolink dolğularının üstünlüklərinə diqqət çəkən avropalı alim-həkimlər cərahiyyə müdaxiləsi olmadan estetik əməliyyat etmək üçün JBP-nanolinklərin ideal vasitə olduğunu qeyd ediblər. Avropada tanınmış estetik klinikaların rəhbərləri olan mütəxəssislər həm də öz təcrübələrində bu dolğulardan necə istifadə etdiklərini azərbaycanlı həmkarlarına nümayiş ediblər.
JBP Nanolink dolğularının Azərbaycanda rəsmi təmsilçisi olan Hayal Estetika və Məsləhətçilik şirkətinin icraçı direktoru Aynur Saqiyeva bildirib ki, dünyada Top 4-də yer alan, ilk və tək nano texnologiya əsasında hazirlanan , 100 faiz güvənli Yaponiya dolgularindan istifadə etməklə təbii gözəlliyinizi qorumuş olacaqsiniz . JBP Nanolink dolğularının fərqi isə digər təbii dolğulara nisbətən daha uzun müddət qalmasıdır.
Təşkil edilən konfransin keçirilməsində ölkənin məşhur estetika və gözəllik mərkəzləri, klinikalar dəstək verib. Tədbirin sponsorları Arash Shirketi, Estethica gözəllik mərkəzi, ZNK şirkəti, NB Lazur 211 tibb mərkəzi, BTL aesthetics, Gozel Qadın dünyası idi.
Tədbirdə 400 nəfərədək həkim-kosmetoloq, dermatoloq və plastik cərrah iştirak edirdi.