AzVision.az xəbər verir ki, bu barədə milliarder-namizəd öz şəxsi «Twitter» səhifəsində yazıb.
«Seçkilər dürüst olmayan və ədalətsiz KİV-lər tərəfindən pozulur, onları da Hillari Klinton dəstəkləyir. Eyni hal seçki məntəqələrində də baş verir. Bu üzücüdür», - deyə Trampın bəyanatında bildirilir.
Tramp bundan öncəki çıxışında bildirmişdi ki, prezident seçimləri yaxınlaşdıqca, Amerika KİV-ləri onu seçicilərin gözündən salmaq üçün hər bir addımı atır.