Vaxt.Az

Həbsxanada aclıq


 

İki məhkumu yedilər

Həbsxanada aclıq Böyük Britaniyada dərc olunan «The İndependent» nəşri yazır ki, Venesuelladakı həbsxanalardan birində qalxmış üsyan vaxtı bir qrup məhkum özləri kimi həbsdə olan iki nəfəri kəsərək yeyiblər.

Virtualaz.org mənbəyə əsasən bildirir ki, bu barədə jurnalistlərə yeyilmiş gənc məhkumun atası məlumat verib. Onun sözlərinə görə, 40-a yaxın məhkum həbsxanaya ziyarətə getmiş atasının gözləri önündə gənc oğlanı və daha birini doğrayıb yeyiblər. Bu işə cinayətkarlıqda və hanniballıqda ölkədə ad çıxarmış bir dustaq rəhbərlik edib.

Məhkumlardan birinin etirafına görə, onu insan əti yeməkdən imtina etdiyi üçün çəkiclə döyüblər.

Rəsmi orqanlar həbsxanada kannibalizm halını inkar edirlər. Həbsxanalara nəzarət üzrə dövlət orqanının təmsilçisi həbsxanada iki məhkumun yoxa çıxmasını təsdiqləsə də, onların yeyildiyi barədə məlumat verməyib.

Həbsxanada qalxmış üsyana səbəb kimi isə 120 nəfərlik müəssisədə 2350 nəfərin saxlanıldığı göstərilir.

 





17.10.2016    çap et  çap et