Bakı Nəqliyyat Agentliyindən Z.Bünyadov prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulması xəbərini təsdiqləyiblər. Bildirilib ki, hava şəraiti ilə əlaqədar Z.Bünyadov prospektinin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Nəticədə prospektdə hər iki istiqamətdə sıxlıq müşahidə olunur. Hazırda aidiyyəti qurumlar nəqliyyatın hərəkətinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər görür.
Agentlikdən həmçinin bildirilib ki, həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.