Vaxt.Az

Departamentdən xəbərdarlıq


 

Oktyabrın 19-dək yağış yağacaq

Departamentdən <b style="color:red">xəbərdarlıq</b> «Oktyabrın 17-dən başlayaraq qeyri-sabit hava şəraiti bir qədər də kəskinləşib.

Buna səbəb şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin Azərbaycan ərazisinə daxil olmasıdır».

Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, faktiki müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti oktyabrın 19-u gündüz saatlarınadək davam edəcək.

«Əvvəlcədən də xəbər verdiyimiz kimi ölkə ərazisində şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-8 dərəcə düşüb».

 





17.10.2016    çap et  çap et