Modern.az-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən beynəlxalq hüquq konqresindəki çıxışında ABŞ-a verdiyi mesajda deyib.
Ərdoğan bildirib ki, Türkiyə nə lazımdırsa onu da edir:
«Biz də lazım olanı etdik, edirik və edəcəyik də. Bu gün səhər bir artıq mesaj göndərilib. Əgər Mənbiçi «PYD» və «YPG»dən təmizləməsəniz, ortaqlığımız bitəcək».
Türkiyə prezidenti Suriyadakı antiterror əməliyyatına dəstək verən «Fərat Qalxanı» haqqında bunları deyib:
«Qaziantepdə 56 qardaşımızı şəhid etdilər. «Bundan sonra durmaq vaxtı deyil» dedik. Suriya Azadlıq Ordusu ilə birlikdə Suriyaya girdik. Suriya ilə 911 km uzunluğunda sərhədimiz var. Suriya ilə əlaqəsi olmayanlar ora girməkdə haqlı, bizə gəlincə «ora gedə bilməzsiniz» dedilər.
Bağışlayın, gedirik. Cerablusdan başladıq. Oranı terrorçulardan təmizlədik. İndi oranın sakinləri evlərinə dönür. Raiyə girdik. İŞİD oradan da getdi. Ötən gün Dabıkı da İŞİD-dən təmizlədik. Biz Türkiyədən oraya adam aparmırıq. Həmin ərazilərin sakinləri ora gedir».
Türkiyə prezidenti Mosulun təmizlənməsi əməliyyatından da danışıb:
««Türkiyə Mosula girməsin» deyirlər. Bu, necə ola bilər?! Əlaqəsi olmayan girir. Çünki Bağdad onlara "gəl" deyib. 14-15 il əvvəl Səddam Hüseyn onlara «gəlin» demişdi?
Türkiyənin olmadığı bir əməliyyatdan doğa biləcək nəticələrin məsuliyyətinə görə məsuliyyət daşımırıq. Özlərinə də dedik: biz əməliyyatda da, danışıqlar masasında da olacağıq. Orada bizim qardaşlarımız var. Bu məsələdə bizim kənarda qalmağımız qətiyyən mümkün deyil».