Vaxt.Az

Son 100 ilin ən soyuq qışı gəlir


 

Günəş buludların arxasında qalacaq

Son 100 ilin ən soyuq qışı gəlir 2016-2017-ci illərdə Avropada son 100 ilin ən soyuq qışı olacaq. Bu barədə meteoroloqlar xəbərdarlıq edirlər. Onların sözlərinə görə, qitəyə arktik hava kütlələrinin axını olacaq, Günəş buludların arxasında qalacaq. Avropa meteoroloqları xəbərdarlıq edirlər ki, qış üçün ən isti geyimi hazırlamaq lazımdır. Çünki bu soyuq əvvəlkilərdən fərqlənəcək.

Almaniyanın ekoloqları qış aylarında ən aşağı temperaturun yanvarda və fevralda müşahidə ediləcəyini bəyan edirlər. Hətta mart ayı da soyuq olacaq. Yalnız apreldə bir az temperatur yüksələcək.

Ekoloqlar bu ilin Avropa üçün ən sərt qış olacağını proqnozlaşdırırlar. Bu hava kütlələrinin hərəkət istiqamətində müəyyən maneələrə rast gəlməsi ilə əlaqədardır. Bununla əlaqədar olaraq cənubdan qarlı və tufanlı siklonlar gəlir. Onun ardınca soyuq arktik kütlələr müşahidə ediləcək.

Ekoloqlar havanın temperaturunun azalmasını bildirsələr də, «buz dövrü» haqqında danışmağın hələ tez olduğunu bildirirlər.

 





17.10.2016    çap et  çap et