Vaxt.Az

«Biz bunu ABŞ-dan qabaq edəcəyik»


 

Nüvə silahları Kim Çen İni hədəf alıb

«Biz bunu ABŞ-dan qabaq edəcəyik» ABŞ-ın nüvə silahları bizim sahillərimizdə yerləşir və o bizim ölkəni, liderimiz Kim Çen İni hədəf alıb.

Bunu ABŞ-ın NBC televiziyasına müsahibəsində Şimali Koreya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Li En Pi söyləyib. Onun sözlərinə görə, ABŞ tərəfindən nüvə təhdidi bitməyənə qədər Şimali Koreya öz mövqeyindən əl çəkməyəcək:

«ABŞ bizə nüvə zərbəsi endirmək istəsə, biz bunu onlardan qabaq edəcəyik. Biz bundan sonra da nüvə sınaqları keçirəcəyik. Pxenyanın addımı ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə cavab olacaq».

 





18.10.2016    çap et  çap et