Vaxt.Az

«Sıralarımız seyrəlir»


 

İstiqlalçı deputat Məryəm Həsənova: «Müstəqilliyin bərpası möcüzə idi»

«Sıralarımız seyrəlir» «1990-cı illərdə müstəqilliyi əldə etmək asan iş deyildi. Biz böyük vaxt sərf edərək, buna nail olmağa çalışmışıq. Müstəqilliyin bərpa edilməsi möcüzə idi». Bunu Modern.az-a açıqlamasında istiqlalçı deputat Məryəm Həsənova deyib.

Onun sözlərinə görə, çətinliklə əldə edilən müstəqilliyi daim göz bəbəyi kimi qoruyub saxlamaq lazımdır.

«Biz 25 il bundan qabaq tarixi müstəqilliyimizin bərpasını əldə etdik. 43 deputat Müstəqillik Aktına imza atdıq. Yavaş-yavaş sıralarımız seyrəlir. Gənc nəsil müstəqilliyimizin tarixini bilməlidir. Həmin vaxt bu hərəkatın yüzlərlə, on minlərlə iştirakçısı olub. O vaxt Milli Məclisdə ilk və yeganə qadın deputat kimi çıxışlarım olub. Həmin illər çox gərgin illər olub. Ona görə də gənc nəsil əziyyətlə əldə etdiyimiz müstəqilliyin qədrini bilməlidir».

Qeyd edək ki, Məryəm Həsənova Müstəqillik Aktına imza atan 43 istiqlalçı deputatdan biri olub. Hazırda Siyəzəndə yaşayır. Səhhətində ciddi  problemlər var.

 





18.10.2016    çap et  çap et