Vaxt.az xəbər verir ki, İlham Əliyev «Sputnik»ə müsahibəsində növbədənkənar seçkilərin keçiriləcəyi barədə söz-söhbətləri təkzib edib. Habelə bildirib ki, onun növbəti prezident seçkilərində iştirakı barədə danışmaq hələ tezdir.
«Bizim seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bilirəm Azərbaycanda, onun hüdudlarından kənarda hansı söz-söhbətlər gəzir. Belə plan yoxdur və mən buna zərurət görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki il sonra olmalıdır, ona görə də hansısa qərar vermək üçün hələ tezdir. Əgər mən bugünkü kimi əhalinin dəstəyini hiss etsəm o zaman əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam» - İlham Əliyev Dmitri Kiselyovla söhbətində deyib.