Vaxt.Az

Dərin çatlar yaranıb


 

Sürüşmə zonasında uçqun olub

Dərin çatlar yaranıb Aramsız yağan yağışlar sürüşmə ərazilərini aktivləşdirib. Dünən axşam Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 48 ünvanda uçqun yaranıb.

Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər. Onların sözlərinə görə, yollarda dərin çatlar yaranıb. «Əliağa Şıxlinski küçəsində 48 saylı orta məktəb yerləşir. Məktəbin idman meydançasının ətrafında uçqun olub, asfalt tamamilə çöküb. Küçələrdə də iri çatlar yaranıb. Binaların zərər görəcəyindən narahatıq», - sakinlər qeyd ediblər.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə məlumat verilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də sürüşmə zonalarında aktivlik müşahidə olunduğunu açıqlayıb. Xətai rayonu, Əliağa Şıxlinski küçəsi aktiv sürüşmə ərazisidir.

 





18.10.2016    çap et  çap et