Vaxt.Az

Fransada cinsi qalmaqal


 

Canlı yayımda qadının sinəsini öpən jurnalistin başı dərdə girib

Fransada cinsi qalmaqal Fransada jurnalistin televiziyada canlı yayım zamanı qadının sinəsini öpməsi cinsi təcavüzə qarşı fikirlərin səslənməsinə səbəb olub.

Gənc qadın canlı yayım zamanı Jan Mişel Mayrenin onu öpmək təklifini rədd etsə də, jurnalist onun sinəsindən öpüb.

Bu, Fransada etirazla qarşılanan kişilərin cinsi fürsətcilliyi ilə bağlı qalmaqallı hadisələrdən növbətisidir.

Qadın haqları naziri Lourens Rosiqnol da daxil olmaqla, 250 qəzəbli izləyici hadisə ilə bağlı mediya qurumuna şikayət edib, digərləri isə jurnalistin mühakimə olunmasını tələb ediblər.

«Cənab Mayre deyib ki, o, epizodu təkrarən izləyib və onu «gülmək tutub»» hadisəni barədə şərh edən Fransanın «Marianne» jurnalı xəbər verir. Jurnalist isə «Twitter»dəki hesabında yazdığı yarı ciddi statusda etdiyi hərəkətə görə üzrxahlıq edib.

Proqramın aparıcısı Kiril Hanouna isə deyib ki, o, bunun «ciddi məsələ» olduğunu düşünməyib.

«Mən insanam, əşya deyiləm» deyən zərərçəkən, 21 yaşlı rəqqasə Soraya, L'Express jurnalına cənab Mayrenin hərəkətindən şoka düşdüyünü bildirib.

 





19.10.2016    çap et  çap et