Fonddan Modern.az-a verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 104 mln. 716 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.
Məlumata görə, «Atrabank» ASC-nin qorunan əmanətçilərinə 13 mln. 936 min manat, «Qafqaz İnkişaf Bankı» ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 812 min manatdan artıq kompensasiya verilib.
Həmin tarixdə «Bank of Azerbaijan» ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, «Gəncəbank» ASC-nin qorunan əmanətçilərinə 969 min manat, «Texnikabank» ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.
«Bank Standard» QSC-nin qorunan əmanətçilərinə ödənilən kompensasiyanın məbləği 195 mln. 423 min manatdan artıq olub.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə ödənilən kompensasiya 460 mln. 889 min manatdan artıq təşkil edib.