Modern.az xəbər verir ki, bu barədə Bakı Biznes Mərkəzində 150-ə yaxın ixracatçı şirkətin iştirakı ilə keçirilmiş «Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar» mövzusunda Konfransda İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir qeyd edib ki, 2016-cı ilin 9 ayında xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2 dəfə, tərəfdaş ölkələr 18 faiz, ixrac olunan məhsul çeşidləri isə 12 faiz artıb.
«Qeyri-neft ixracının 54 faizi MDB üzvü olan dövlətlər və Gürcüstanın, 36 faizi Türkiyə, İsveçrə, İran, Çin, Almaniya, İtaliya, 11 faizi isə digər ölkələrin payına düşür».