Virtualaz.org Qərb KİV-lərinə istinadən xəbər verir ki, yayılan sənədlərdən biri Hillari Klintonun komandasının 2015-ci ilin aprelində xarici ölkələrin lobbiçilərindən seçki ianəsi toplamaq məsələsi barədə yazışmalarını əks etdirir. Belə ki, Klintonun komandası İraq, Azərbaycan, Misir, Liviya, Birləşmiş Ərəb Əmirliklərinin Vaşinqtondakı lobbiçilərindən onun seçki fonduna ianələrin qəbul edilməsinin nə dərəcədə məqsədəuyğun olduğunu müzakirə edir. Bildirirlər ki, belə ölkələrdən ianə qəbul etsələr problemlə üzləşərlər.
Lakin xeyli müzakirələrdən sonra Hillari Klintonun seçki kampaniyasının meneceri Robbi Muk bildirir ki, o, «istənilən hücumlara baxmayaraq« ianələrin qəbul edilməsinin tərəfdarıdır. Bundan sonra Klintonun kampaniyasının kommunikasiyalar üzrə meneceri Cennifer Palmieri bildirir: «Pulları götür!»