«Qarabağ» cümə axşamı Avropa Liqasının üçüncü turu çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı Bakıda keçirdiyi oyunda 2-0 hesabı ilə qalib gəlib.
Qolları 56-cı dəqiqədə Dani Quintana, 87-ci dəqiqədə isə Rahid Əmirquliyev vurub.
Hazırda «Qarabağ» Avropa Liqasının J qrupunda 4 xalla üçüncüdür.
UEFA-nın həyata keçirdiyi onlayn səsvermədə Qarabağın futbolçusu, Victor İbarbo (Panathinaikos), Kevin Monnet-Paquet (St-Etienne), Paul Pogba (Manchester United), Raul Rusescu (Osmanlıspor), Antonio Candreva (İnter), Yevhen Konoplyanka (Schalke) və Nikola Kalinic (Fiorentina) ilə mübarizə aparıb.
«Qarabağ» artıq ardıcıl üçüncü ildir ki, Avropa Liqasının qrup mərhələsində çıxış edir.