ABŞ Daxili Təhlükəsizlik Nazirliyi cümə günü bir neçə populyar veb səhifələrinə çıxışı çətinləşdirən bütün mümkün səbəblərin araşdırıldığını bildirib.
ABŞ-ın qərb ştatlarında internet istifadəçiləri saytlara mürəciət edərkən çox ləng axtarışla üzləşib. Xidmət provayderi «Dyn» bildirir ki, buna hakerlər səbəb olub.
Təşkilatın bəyanatında deyilir ki, sistem qlobal hücumlara məruz qalıb.
«Twitter», «SoundCloud», «Spotify», «Airbnb» və «Reddit» kimi saytlar kiberhücumlara görə zəif çalışıb.
Avropa istifadəçiləri də problemin təsirinə məruz qalıb.
«Dyn» problemlə cümə günü universal vaxtla 11:10-da üzləşildiyini bəyan edib.