S. Rulofs bunu bu gün «Odişi Nyus» telekanalına açıqlamasında bildirib.
Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd olan S. Rulofs deyib ki, səsvermə prosesinin gedişində ciddi pozuntular olub və seçkilərin ikinci turunda iştirak etməyi məqsədəuyğun saymır.
Qeyd edək ki, MSK-nın məlumatına görə, Zuqdidi dairəsi üzrə seçkilərin ilkin nəticələrinə əsasən, S. Rulofs bu dairədə seçicilərin səslərinin 44,48 faizini, hakim Gürcü Arzusunun namizədi Edişer Toloraya isə səslərin 48,63 faizinin səsini toplayıb. Namizədlərdən heç bir 50 faiz+1 səs toplamadığı üçün seçkilərin ikinci turu təşkil olunacaq.
S. Rulofs növbəti turda iştirak etmək istəmədiyini açıqlasa da, seçki qanunvericiliyinə əsasən, onun adı oktyabrın 30-da keçiriləcək ikinci turda da seçki bülletenində olacaq.