Vaxt.Az

«Tam qələbə qazanılmayıb»


 

Azərbaycanlı namizəd rəqibindən 5 faiz çox səs toplasa da…

«Tam qələbə qazanılmayıb» Oktyabrın 22-də Marneuli bələdiyyəsinin Qızılıhacılı kəndindəki 48 saylı seçki məntəqəsində Gürcüstan Parlamentinə keçirilmiş təkrar səsvermədə qalib müəyyən olunsa da, rəsmi nəticə oktyabrın 30-da keçiriləcək ikinci turdan sonra məlum olacaq. Təkrar səsvermədən sonra namizədlərdən kimsə 50 faizlik həddi keçməyib.

Müxalifət partiyası Vahid Milli Hərəkatın namizədi Əhməd İmamquliyev 381 nəfər seçicinin səsini qazanıb. Onun rəqibi hakim Gürcü Arzusu Partiyasının namizədi Tamaz Naverianiyə isə 313 nəfər etimad göstərib.

Gürcüstan MSK-nın məlumatıma görə, oktyabrın 22-də Marneulidə seçki fəallığı 53.3 faiz olub. Bu məntəqədə 1436 seçici qeydə alınmışdı.

Oktyabrın 8-də keçirilmiş parlament seçkilərində İmamquliyev 47.91 faiz, Naveriani isə 43.41 faiz səs toplayıb.

Dünən eyni zamanda Zuqdidi bələdiyyəsinin 3 məntəqəsində də təkrar səsvermə keçirilib. Burada əsas rəqabət müxalifətin namizədi, Gürcüstanın sabiq birinci xanımı Sandra Rulofsla hakim partiyanın üzvü Edişer Toloraya arasında gedib. MSK-nın məlumatına görə, Rulofs 3 məntəqədə 438, Toloraya isə 931 nəfərin səsini qazansa da, 50 faizlik hədd aşılmayıb. Toloraya oktyabrın 8-də 47.37 faiz, Roelofs isə 45,31 faiz səs toplayıb.

Zuqdididə isə seçki aktivliyi 51.6 faiz təşkil edib. Burada ümumi seçici sayı 2844 nəfər idi.

Oktyabrın 8-də Marneuli və Zuqdididəki seçki məntəqələrində Gürcü Arzusu və Vahid Milli Hərəkatın tərəfdarları arasında qarşıdurma baş verdiyindən MSK nəticələri ləğv edərək təkrar səsvermə təyin edib.

«Oktyabrın 22-də seçkilər sakit atmosferdə keçirilib» - MSK-nın məlumatında deyilir.

Gürcüstan Parlamentinə keçirilən təkrar səsvermə oktyabrın 22-də axşam saat 8-də başa çatıb.

Seçkilər azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Qızılhacılı kəndindəki 48 saylı məntəqədə və Zuqdidi bələdiyyəsinin 3 məntəqəsində keçirilib.

Oktyabrın 8-də Marneulidəki seçki məntəqəsində hakim Gürcü Arzusu və Vahid Milli Hərəkat partiyalarının tərəfdarları arasında qarşıdurma baş verdiyindən MSK nəticələri ləğv edərək təkrar səsvermə təyin edib.

Analoji hal həmin tarixdə Zuqdididə yerləşən 3 məntəqədə yaşandığından Gürcüstan MSK-sı o məntəqələrlə bağlı da eyni qərarı verib.

Gürcüstan MSK-nın məlumatıma görə, Marneulidə seçki fəallığı 53.3 faiz, Zuqdididə isə 51.6 faiz olub.

Marneulidə seçki yarışı hakim Gürcü Arzusu Partiyasının namizədi Tamaz Naveriani və müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyev arasında gedib. Oktyabrın 8-də keçirilmiş parlament seçkilərində Əhməd İmamquliyev 47,91 faiz, Tamaz Naveriani isə 43,1 faiz səs toplayıb.

Lakin seçki məntəqəsində qarşıdurma baş verdiyindən MSK nəticələri ləğv edərək təkrar səsvermə təyin edib. Qarşıdurmadan sonra Rustavi şəhər məhkəməsi Gürcüstan vətəndaşı olan altı azərbaycanlı haqqında həbs qərarı çıxarıb.

Onlara qarşı «seçki komissiyalarının fəaliyyətinə müdaxilə və ictimai asayişi qoruyanlara və hökumət nümayəndələrinə zor tətbiq etmək» maddələri ilə ittiham irəli sürülüb.

Ölkə üzrə parlament seçkilərinin ikinci turu 30 oktyabrda keçiriləcək.

 





23.10.2016    çap et  çap et