Vaxt.Az

İŞİD yeni hücumlara başlayıb


 

Şəhər meri baş nazirdən kömək istəyib

İŞİD yeni hücumlara başlayıb Özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qrupun silahlıları İraq hökumətinin diqqətini Mosulda hərbi əməliyyatlardan yayındırmaq cəhdilə qərbi Ənbər əyalətinə hücumlara başlayıb.

Rutba şəhərinin meri əyalətə üç istiqamətdən edilən hücumu «şiddətli» kimi təsvir edib.

Bu arada isə kürd Peşmərgə qüvvələri İŞİD-in Mosulun şimal-şərqində nəzarət altında saxladığı ərazilərə hücumlar edib.

Mosulu geri qaytarmaq üçün ötən həftədən bəri birgə hərbi əməliyyatlar aparılır - Peşmərgə şəhərə şimaldan, hökumət qüvvələri isə cənubdan yaxınlaşır.

Kürd qüvvələri bazar günü səhəri Başiqa yaxınlığındakı İŞİD mövqelərinə yeni hücumlar etdiklərini bildirirlər.

Rutbanın meri İmad Meshaal baş nazir Heydər əl-Abadiyə müraciət edərək «vəziyyəti nəzarətdə saxlamaq» üçün hərbi qüvvələr göndərilməsini istəyib.

İŞİD 2014-cü ilin iyununda Rutbanı zəbt etmişdi, amma 4 ay sonra hökumət qüvvələri şəhəri geri qaytara bilib.

 





23.10.2016    çap et  çap et