Vaxt.Az
35 diplomat Almaniyadan sığınacaq istəyib
Xarici İşlər Nazirliyinin qərarı Türkiyə-Almaniya arasındakı sazişdən asılıdır
Türkiyənin diplomatik pasport sahibi olan 35 vətəndaşı sığınacaq üçün Almaniyaya müraciət edib. Türkiyə kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, müraciət edənlər arasında diplomatların xanımları və övladları da var.«Bütün müraciətlər Almaniya məhkəmə və prokurorluq orqanları
tərəfindən araşdırılır. Qərar Türkiyə və Almaniya arasında 13 dekabr 1957-ci
tarixində imzalanmış readmissiya sazişi nəzərə alınmaqla qəbul olunacaq», -
Almaniya Xarici İşlər Nazirliyi (XİN) rəhbərinin məsləhətçisi Qunter Krinqs
deyib.
23.10.2016
çap et