Vaxt.Az

Azı 35000 nəfər tutulub


 

3907 şəxs isə axtarışdadır

Azı 35000 nəfər tutulub Türkiyə iyulda çevriliş cəhdinə görə 35,000-dən çox şübhəlini həbs edib, yerli media yazır. Ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, şübhəli şəxslər silahlı üsyanın yatırıldığı zamandan bəri həbs edilib.

Onlardan təxminən 26,000 nəfəri «şərti azadlığa» buraxılsa da, əlavə 3907 nəfər axtarışdadır.

İyul ayının 15-də baş vermiş çevriliş cəhdinə görə ümumilikdə təxminən 82,000 nəfər barəsində cinayət işi açılıb. Bundan başqa, hərbi, ədliyyə, polis və təhsil sahəsində çalışan on minlərlə insan vəzifədən uzaqlaşdırılıb, istefaya göndərilib və ya həbs edilib.

Onlar çevriliş cəhdində ittiham edilən ABŞ-da yaşayan ruhani Fətullah Gülənin Hizmət hərəkatının üzvləri olmaqda şübhəli bilinir. 1999-cu ildən könüllü mühacirətdə yaşayan cənab Gülən ittihamları rədd edir.

İndiyə qədər bu böyük miqyasdakı təmizləmə Qərb ölkələrinin Türkiyəni qınamasına səbəb olub.

Brüssel Ankaranı qanunun aliliyi çərçivəsində hərəkət etməyə çağırıb. Türkiyə qanunvericiliyə əməl etdiyini deyir.

 





23.10.2016    çap et  çap et